Anlayışlı valideyinlərimiz (?!) Featured

 

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Görəsən həqiqətən, də keçmiş nəsilin iddia etdiyi kimi indiki nəsil, indiki gənclər qudurğandır? Doğrudan da, cavanlar çox vecsizdi? Onlar özlərinə çox qapanır, ailəsi, qohumları ilə çox da mehriban ola bilmir, həqiqətən də?

Azərbaycanda valdeyinlər çox mehriban və anlayışlıdır. 
Ta balacalıqdan , körpələrlə müəyyən bir  saat ərzində oyunlar oynayır, onlara yeni faydalı bir şeylər öyrədir, gecələr nağıl danışırlar.
Heç vaxt onların yanında dava etmirlər, onları da davadan hər zaman uzaq tuturlar.
Birlikdə əyləncəli zaman keçirirlər (oyunlar oynamaq,  yemək bişirmək, gül əkmək və.s)
Hətta valdeyinlər hər zaman övladları ilə dost kimi münasibət qurur, uzun-uzun söhbətlər edirlər.
Azərbaycanda gənclər, uşaqlar öz sirrlərini düşüncələrini valdeyinləri ilə bölüşür hər zaman - qorxmadan, çəkinmədən.
Qızlar atalarından; atam bunu bilsə, məni döyər, öldürər kimi düşüncələrə dalıb qorxmur, əksinə atalarına çox güvənirlər..
Və bizim valdeyinlər heç vaxt oğlan uşağı, qız uşağı ayrı-seçkiliyi də etmirlər.
Onlar heç vaxt övladlarına əl qaldırmır, hər zaman onların qərarlarına hörmətlə yanaşır, yanlış qərarlar alındıqda isə mədəni şəkildə izah edirlər övladlarına.
Bir sözlə, bizim ölkədə ana-atalar övladlarına düzgün sevgi bəxş edirlər. Sıxma- boğma olmadan, fikirlərinə hörmətlə yanaşaraq....
...Bəs niyə bu qədər uşaqlar, gənclər var,-özünü sevgisiz hiss edən və özünə qapalı?...

“Ədəbiyyat və incəsənət”
(27.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.