DİASPORUMUZUN QABAQCILLARI layihəsində Rusiyada yaşayan pedaqoq İradə Allahverdiyeva Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 

Diasporumuzun qabaqcılları layihəsində sadə peşə nümayəndəsi olan pedaqoq İradə Allahverdiyeva ilə müsahibəni təqdim edirik. Amma geniş dünyagörüşünə malik olan İradə xanım böyük bir məktəbdir. İnsanlıq, səmimiyyət, mədəniyyət, təlim-tərbiyə məktəbi. Və ondan çox şey öyrənmək olar. 

 

-İradə xanım öncə özünüz haqqında məlumat verərdiniz zəhmət olmasa.

 

-Mən Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində 1975-ci il iyunun 6-da anadan olmuşam. Kəpənəkçi kəndinin 1-nömrəli məktəbini bitirmişəm. 16-yaşımdan Moskvada yaşayıram. 4 uşaq anasıyam.  2001-ci ildə mənə uşaq bağçasından təklif ğəldi. Orda işlədim. 2007-ci ildə Moskvada 4- nömrəli pedaqoji texnikuma qəbul oldum, oranı bitirdikdən sonra Moskova Pedaqoji Unversitetinə qəbul oldum.  

 

-Müəllim peşəsinə sevginizin necə yaranması haqqında məlumat verə bilərsinizmi?

 

-Müəllim peşəsi yüksək və nəcib  peşədir. Müəllimin tərbiyəsini, təhsilini alan müəllim yox, onun olduğuna daxili inamı olan adam başqa cür olmalıdır. Bu etimad nadirdir və onu ancaq insanın öz peşəsi yolunda göstərdiyi fədakarlıqlarla sübut etmək olar...” (L.Tolstoy). Müəllim olmaq yolum 24- ilə yaxındır, uşaqlıqdan müəllim olacağıma  inanırdım və bu mənim peşəmdir. Bu peşəyə keçdiyim yolu təhlil etməyə çalışaraq anladım ki, bütün hərəkətlərim məni mənzil başına daha da yaxınlaşdırıb və ona doğru aparır. Hələ uşaqlıqda özümü müəllim kimi təsəvvür edirdim. Təbaşirlə yazmaq, dəftərləri yoxlamaq və qiymətləri xəyali gündəliyə qoymağı çox xoşlayırdım. Məktəb illərində həmişə başçı qız, yaxşı təşkilatçı idim və sinif yoldaşlarımı müxtəlif tədbirlərdə iştirak etməyə razı sala bilirdim. Mənim fikrim həmişə dinlənilib və dəyərləndirilib. Əlbəttə, bu çox vacibdir.  Düşünürəm ki, müəllim olmağıma uşaqlara qarşı olan sevgim böyük rol oynadı. Onlara yeni bir şey öyrətmək, kiçik bir insan üçün çoxlu sirlərin gizləndiyi bu çətin dünyanı anlamağa kömək etmək arzusu. Onların “Necə?”, “Niyə?”,  “Nə üçün?” sonsuz suallarına cavab verməyə kömək etmək. Mən onlara cavab verməklə onların biliyə olan ehtiyacını ödəyirəm və mən də öz növbəmdə onları ödəməkdən böyük həzz alıram. Ailəmizdə kiçik bir bacımız var. Deməli, o balaca olanda onunla oynamaq, ona nəsə kömək etmək, öyrətməyi cox sevirdim və rəhmətlik qaynatam məktəb direktoru, həm də ədəbiyat muəllimi idi. O, hər üç gündən  bir mənə bir kitab gətirirdi oxumaq üçün, mən də geçə-gündüz oxuyurdum. Bilirdim ki, 3 gün ərzində yeni kitab gələcək. Düşünürəm ki, müəllim peşəsini seçməkdə bu faktın da böyük rolu olub.  

 

-Hansı janrda kitabları oxumağı daha çox sevirsiniz İradə xanım?

 

-Bəzən, janrın əhəmiyyəti yoxdur. Əsas süjet və təqdimat tərzidir. Deməli, məni janr yox, daha çox müəllif maraqlandırır... Məsələn, Stiven Kinq... Onun dəhşəti var, fantaziyası var, mistisizmi var, distopiyası var, kifayət qədər realizmi var, detektivləri var...

Əlavə olaraq  elmi və tam ədəbiyyatı çox sevirəm (psixologiya və psixoanaliz sahəsində). Həmçinin sosiologiya və sosioloji tədqiqatlar oxuyuram.  Mən real həyatla əlaqəli şeyləri oxumağı sevirəm. Uşaq ikən fəlsəfə oxumağı çox sevirdim, xatırlayıram Əlibala Hacızadənin “İtkin gəlin", "Əfsanəsiz illər" və "Ayrılığın sonu yoxmuş" əsərlərini oxumuşam.  Ən cox sevdiyim əsər Danell Stilin əsərləri olub. Danell Stilin əsərlərinin sayəsində rus dilini oyrənmişəm və bu əsərlər  rus dilində oxuduğum ilk əsərlər olub. 

 

-Rusiyada mütaliənin səviyyəsi sizi qane edirmi?

 

-Bəli, şübhəsiz. Hətta deyərdim ki, xeyli sayda insan kitab oxuyur. Həm də nəinki yaşlı nəsil, hətta uşaqlar, yeniyetmələr, tələbələr. Hal-hazırda mütaliə daha çox dəb alıb. Bundan əlavə, kitabı heç nə əvəz edə bilməz, o, beyni, nitqi və ünsiyyət bacarıqlarını yaxşı inkişaf etdirir.   

Nəzərə alsaq ki, əmək qabiliyyətli əhali oyaq vaxtlarının çoxunu işdə keçirir və evə gələndə yolda kitab oxuyurlar, metro rusların kitab oxumağa meylinin göstəricisi ola bilər. Təxminən eyni sayda insanlar da elektron kitab oxuyur. Vaqonlarda bir neçə nəfər kağız kitab oxuyur. Adətən bunlar dərslik oxuyan tələbələr və ya təqaüdçülərdir. Baxmayaraq ki, kağız nəşrləri vərəqləyən gənclər də var. Amma görünür, bu dəbə verilən qiymətdir, onun qeyri-adiliyini göstərməkdir.  

Sərnişinlərin metroda səyahət edərkən nə etdiklərinə diqqət yetirsəniz, ikinci qism deyə bilərik ki, əksərən  messencerdə yazışır, bir az qismi isə filmə baxır. Populyarlığa görə üçüncü yerdə oyunlardır. 

 

-Daha çox hansı filmləri və musiqiləri sevirsiniz?

 

-İnsan mahiyyətinin digər tərəfdən açıldığı və düşüncə qidası verdiyi psixoloji dramlara baxmağı çox sevirəm. Yazıçılar haqda filmlərə çox baxıram. Təəssüf ki, indi müasir filmlər çox deyil, ona görə də köhnə filmlərə (sovet və ya digər ölkələrin) baxıram. İstirahət etmək istəyəndə komediya və ya macəra filmlərinə baxıram.  “Moskva göz yaşlarına inanmır”, “Sevgi və göyərçinlər” və bu kimi sovet filmlərinə baxmağa üstünlük verirəm. Onları seyr edərkən həm ruh, həm də bədən rahatlaşır.  Qaldı da musiqi,  klassik-instrumental musiqiləri dinləməyi  sevirəm.   

 

 -Bildiyim qədər çox ölkələrdə, şəhərlərdə olmusunuz, İradə xanım. Qısa da olsa getdiyiniz məkanlar haqqında məlumat verə bilərsinizmi?

 

-Bəli, Habil bəy, düz bilirsiniz, çox ölkələrdə, şəhərlərdə olmuşam, yaxşı və ya pis deyə bilmərəm, ona görə ki, hər ölkənin, hər şəhərin öz gözəlliyi var, təbiəti, mədəniyyəti bir-birindən fərqlidi. İstanbulda olmuşam, oranın öz gözəlliyi var, Parisdə oldum ora tamam başqadır və s.  Doğma vətənim  Gürcüstan, Azərbaycan, Rusiyanın çox şəhərində olmuşam. Sankt Peterburqda, Novosibirskdə, Ekaterinburqda, Kazanda, Kalininqradda, Zelenaqorskidə və s. Hal-hazırda isə səfərim Muromadır, “Svetaya” Rus. 

 

-Səyahətləriniz zamanı unudulmaz xatirələrinizdən biz də bilmək istərdik. Əgər mümkünsə...

 

-Ən cox xatırladığım Sankt Peterburqdu. Orada olmaq uşaqlıqdan arzum idi. Rəhmətlik atam aparacam deyirdi, Ermitaji görmək üçün. Amma təssüf ki, atamın ömrü çatmadı. 33-ildən sonra yalnız getdim. Bunu da deyim ki, yalnız deyildim. Ermitaja girəndə bir balaca qıza çevrildim, o qıza, atamın söz verdiyi uzun qara saçlı qız oldum və atam yanımdaydı, o kiçik qızın əlindən tutub Ermitaji gəzirdi. Atam yanımda olduğundan onu duyduğuma göz yaşlarım sel kimk axırdı yanaqlarımdan, çox xoşbəxt idim. Sankt-Peterburqun gözəl xatirəsi həmişə mənimlə yaşayacaq.

 

-Gənc pedaqoqlara nə məsləhət verərdiniz?

 

-Gənc pedaqoqlarımıza tövsiyəm-əvvəlcə davranışların müəyyənləşdirilməsidir. Siz necə müəllim olmaq istəyirsiniz? Eyni zamanda, faktiki davranışınızı nəzərə alın. Uşaqlardan qorxmaq lazım deyil - Həmişə , dik durun, sözlərinizi aydın şəkildə tələffüz edin, göz təması qurmağı unutmayın. Şagirdlər sizin qorxularınızı hiss edərlərsə, gələcəkdə onlarla münasibət qurmaq çətin olacaq. Aşağılamayın, ləyaqətinizi nə aşağılamayın, nə də yüksəltməyin. İlk baxışdan, elə ilk dərsdən özünüzü təsdiqləyin, səlahiyyətinizi qurun. Bu o deməkdir ki, siz dərsə əvvəlcədən hazırlaşmalı və yüksək ixtisaslı mütəxəssis olduğunuzu, nüfuzunuzun sarsılmaz olduğunu hiss etməlisiniz (lakin bunun üçün həmişə təkmilləşin: kurslara gedin, distant dərslər keçin, seminarlarda iştirak edin və s.);

 

-Bizlərə dəyərli zamanınızdan vaxt ayırdığınız üçün minnətdaram İradə xanım.

 

-Xoşdur buyurun Habil bəy. Mən də sizə, eyni zamanda bu gözəl portalın bütün kollektivinə xüsusi minnətdarlıq bildirirəm!

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.