Seks xidmətləri kriminal hesab ediləcək

 

Diqqət! Bu gün Avropa Parlamenti seksual xidmətlərin alınmasının kriminallaşdırılması təklifini təsdiqləyib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews xəbərlərinə istinadən məlumat verir.

 

Avropa Parlamenti Avropa Komissiyasını Aİ üzvü olan ölkələr üçün fahişəlik probleminə ümumi yanaşmağa hazırlamağa çağırıb. Buna Strasburqda keçirilən plenar sessiyada 234 deputat səs verib, 175 nəfər əleyhinə çıxıb, 122 nəfər bitərəf qalıb. 

Demək, bədənlərini satanlar - yəni fahişələr  cinayət daşımayacaqlar, lakin onların müştəriləri və sutenyorları isə məsuliyyətə cəlb ediləcəklər.

Qəribə məntiqdir, deyilmi? 

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.