Göbələk şorbası iyunun istisində belə ləzzət verir

“Ədəbiyyat və incəsənət” portalının bu bölümündə Aysel Qarayeva sizlərə bu dəfə  göbələk şorbası reseptini təqdim edir. Kim deyir ki, yayda şorba yeyilməz? Şorbanı yeyin, doyun, əvəzinə ikinci yeməkdən boyun qaçırın. Məntiqlidir? Bəli, məntiqlidir. 

Bu şorbanı şəhərimizin elit restoranları təklif edir. Mətbəxə keçib onu hazırlamağa dəyər. 

 

 

Ərzaqlar:

 

1 qab göbələk

1 xörək qaşığı kərə yağı

3 xörək qaşığı un

1 stəkan süd

4 stəkan su

Yarım limonun suyu

Duz

İstiot

 

Hazırlanma qaydası:

 

Göbələkləri təmizləyin, qaynadın, qara suyu çlxandan sonra kvadrat formasında doğrayın. Doğranan göbələkləri limonlu suyun içində qaynadın.  Qazanın  içində kərəyağını əridin və un əlavə edib qovurun. Unun rəngi bir qədər dəyişəndə üstünə südü yavaş-yavaş əlavə edin və tez-tez qarışdırın. Göbələyi və suyu da əlavə edin. 

Duz və istiot əlavə edib, bişirməyə davam edin. Qaynamağa başladığında ocağı söndürün, qazanın qapağını örtün, bir az  belə saxlayın. 

Süfrəyə təqdim edərkən bir neçə göbələyi xirda doğrayıb, qızardaraq şorbanın üzərinə dekor kimi əlavə edə bilərsiniz.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.