Qurmanlar üçün bu dəfə Badımcan Pitsası

 

İtalyanlardan dünyaya miras qalan spagetti və pizza sir deyil ki, indi coğrafiyasındn və mətbəx ənənələrindən asılı olmayaraq bütün dünyada geniş yayılıb və sevilir. Qurmanlar bu yeməklərdə dad reseptorlarının əsl həzzini hiss edirlər. Amma pitsa ənənəvi xəmir yeməyi deyildir əslində. Onun bir çox fərqli formaları var ki, tərəvəzlə hazırlanır. Elə məşhur Pomidorlu Pizza çoxlarının süfrəsini bəzəyir, baxmayaraq ki, içinə Holland pendiri doldurularaq mətbəx sobasında bişirilən təamın əsl adını çoxumuz bilmirik.

 

Portalımızın Mətbəx bölümünün növbətçisi bu gün sizə Badımcan Pizzası təqdim edir. Beləliklə, mtbəxə keçin və bu ləzzətli təamı hazırlamağa başlayın.

 

 Lazım olan ərzaqlar:

pomidor - 3 ədəd

iri badımcan  (badımcanın çox iri olması şərtdir)- 3 ədəd

 

kiçik baş soğan – 1 ədəd

mozarella və ya digər növ holland pendiri (bərk növləri olmasın) - 200 qr duz

reyhan qurusu (heç bir vəclə nanə qurusu ilə əvəz etməyin)

 

 

Hazırlanma qaydası:

Əvvəlcə badımcanları yuyub 1 sm qalınlığında halqalar şəklində doğrayıb duzlamaq və 30 dəqiqə saxlamaq lazımdır.  Sonra badımcanlardan ayrılan suyu kağız salfet ilə quruladıqdan sonra badımcanları tavada qızdırılmış bitki yağında  iki üzlərini sadəcə hənirtiyə varmək lazımdır. Tam bişirməyə ehtiyac yoxdur, çünki badımcanlar sobada da bişəcək.

Ayrıca sous üçün bir kiçik soğanı soyub xırda doğrayır, yağda qızardırıq.

Pomidorları soyub xırda doğrayır və soğanın üzərinə əlavə edirik, suyu çəkilənə qədər bişiririk. Sonra duz və reyhan qurusu əlavə edirik.

İndi isə əsas mərhələyə keçirik. Soba qabını bir az yağlayıb badımcanları düzürük. Üzərinə pomidorlu sous qoyuruq. Onun da üstündən sürtkəcdən keçirilmiş pendiri tökür, pitsamızı sobada 180 dərəcədə 20 dəqiqə bişiriririk.

Süfrəyə isti halda veririk.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.