“İrəvan mətbəxindən nümunələr” layihəsində Quzu fisincanplovu Featured

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Quzu fisincanplovunun hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR:

§ Quzu əti – 159 qr

§ Kərə yağı – 50 qr

§ Soğan – 50 qr

§ Düyü – 100 qr

§ Qoz ləpəsi – 32 qr

§ Nar şirəsi – 30 qr

§ Narşərab – 15 qr

§ Şəkər tozu – 10 qr

§ Zəfəran – 0,1 qr

§ Sarıkök – 0,2 qr

§ Darçın – 0,2 qr

§ Qazmaq – 30 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Quzu əti 30-35 qramlıq tikələrə doğranır. Enli, çox da dərin olmayan qazanda yağ qızdırılır. Doğranmış quzu əti yağda qızardılır. Üzərinə doğranmış soğan əlavə olunur, bir- likdə qızardılır. Qızarana yaxın xır- da doğranmış və ya üyüdülmüş qoz vurulur, tovlanır, sonra duz, istiot, darçın, sarıkök, nar şirəsi, narşərab, işgənə əlavə edilir, qarışdırılır. Ağzı bağlanır və bişirilir. Ət bişənə, suyu çəkilənə yaxın altının odu azaldılır, bir müddət bişirilir. Ayrıca qazmaqlı plov dəmlənir. Hazır olduqda zəfəran şirəsi əlavə edilmiş düyü boşqaba çəkilir, üzərinə ərinmiş yağ əlavə olunur. Yanına qazmaq qoyulur. Fisin- can ayrıca dərin boşqab və ya kasada süfrəyə verilir. Bişmə müddəti 2 saa- ta qədər davam edə bilər.

 

QEYD: Fisincanın rənginin qaralması üçün nar şirəsi əlavə olunan zaman qızdırılmış nal və ya dəmir parçası qazana atılır. Həmin dəqiqə fisincanın rəngi dəyişir. Bu xörək ev, çöl heyvanlarından, ev, çöl, quru və su quşlarından, balıqdan hazırlanır. Nar olmadıqda turş meyvə və giləmeyvələrdən (qurudulmuş və ya təzə halda) istifadə oluna bilər. Əsasən, zoğal, zirinc, albalı, gilas, turş qırmızı alça, xartut şirəsi, turş gavalı şirəsindən istifadə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.