“İrəvan mətbəxindən nümunələr” layihəsində Bütöv quzunun içində dəmlənmiş plov Featured

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Bütöv quzunun içində dəmlənmiş plovun hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR (nüsxə):

§ Quzu – 159 qr (adambaşı pay)

§ Ərinmiş kərə yağı – 45 qr

§ Uzun düyü – 100 qr

§ Albuxara – 25 qr

§ Ərik qurusu – 25 qr

§ Şabalıd – 40 qr

§ Zəfəran – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr 

 

HAZIRLANMASI:

Quzu kəsilir, təmizlənir, kəllə hissəsi ütülür. Ərinmiş kərə yağı, duz, istiot, sarıkök qarışdırılır, məhlul hazırlanır. Hazırlanmış qarışıq quzunun iç və üst tərəfinə çəkilir, 5-6 saat sərin şəraitdə saxlanılır. Adi qaydada düyü bişirilir, sü- zülür. Düyünün yarısı quru meyvələr və şabalıdla qarışdırılır. Həmin qazanda qazmaq hazırlanır, quru meyvələr və şabalıdla qarışdırılmış düyü yığılır, üzə- rinə zəfəran şirəsi, yağ əlavə edilir, ağzı bağlanır və dəmə qoyulur.

Düyünün qalan yarısı həmin qayda ilə quru meyvələr və şabalıdla qarışdırı- lır, yağ, zəfəran şirəsi əlavə olunur, quzunun içinə yığılır və qarın hissəsi tikilir. Sobada 160°C-də 2,5-3 saat ərzində bişirilir. Kürədə, təndirdə isə 2-2,5 saat ər- zində bişirilir. Quzunun başı qızardılır, hazır olduqda quzunun boynu ilə birləş- dirilir, bütöv halda süfrəyə verilir.

 

QEYD: Quzu soba və ya kürəyə qoyularkən üzərinə folqa sərilir. Yaxşı qızarması üçün bişənə yaxın üzərindən çıxarılır. Quzunun

baş hissəsi də eyni qayda ilə qızardılır. Quzuplov 20 nəfər üçün nəzərdə tutulduğu üçün quzunun içindəki düyü kifayət etmir. Bu səbəbdən düyünün digər hissəsi ayrıca qazanda dəm

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.