Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Narqovurmanın hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR:
§ Qovurma – 200 qr
§ Nar – 100 qr
§ Soğan – 100 qr
§ Sarıçiçək (və ya sarıkök)
– 0,1 qr
§ İstiot – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ göyərti – 10 qr, nar – 15 qr
HAZIRLANMASI:
Qovurma qazana əlavə edilir və qızdırılır. Soğan təmizlənir, yuyulur. 1x1 sm ölçüdə doğranır. Qovurma qay- nara düşdükdə soğan əlavə edilir, qı- zarana yaxın duz, istiot, ədviyyat, nar vurulur və qarışdırılır. 3 dəqiqədən sonra altı söndürülür, ağzı örtülərək 5 dəqiqə müddətində saxlanılır. Süfrəyə veriləndə üzərinə göyərti sə- pilir, yanında nar, turş meyvələrdən hazırlanmış turşular (mət) verilir.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)