“İrəvan mətbəxindən nümunələr” layihəsində Mal ayağından xaş

 Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Mal ayağından xaşın  

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Mal ayağı – 214 qr

§ Soğan – 25 qr

Xörək əlavəsi:

§ duz – 6 qr, istiot – 0,05 qr, sirkə – 10 qr, sarımsaq – 2 qr, meyvə turşusu – 20 qr, tərəvəz turşusu – 20 qr, nar – 20 qr

 

HAZIRLANMASI:

Tüklərdən təmizlənmiş, ütülmüş dırnaqlar sodalı suya qoyulur. Yenidən tüklər qaşınır, qalan yerlər təmizlənir. Oynaq hissədən dırnaqlar bıçaqla ayrılır, lülə hissəsi iki yerə bölünür, yuyulub-təmizlənir. Bir gün ərzində duzlu suda saxlanması yaxşı olardı. Sonra suyu süzülür, yenidən yuyulur. Qazana yığılır, üzərinə su əlavə olunur. Qaynayana yaxın suyu təzədən atılır, yenidən su dır- naqdan 7-8 sm yuxarıda olmaq şərtilə əlavə olunur. Qaynayanda kəfi ardıcıl ola- raq təmiz alınır. Sonra qabıqlı soğan qazana əlavə olunur. Qaynayandan sonra təxminən bir saat sonra soğanlar çıxarılır. Ağzı bağlanır, altının odu azaldılır. Qaynayıb kəfi alındıqdan 5-6 saat sonra bişir. Bişmə müddəti heyvanın yaşın- dan asılıdır. Suyu 1:1 nisbətində qaldıqda ocaqdan götürülür, lülə sümükləri çıxarılır, iliyi qazana boşaldılır. Dırnaq sümükləri üstündə qalmalıdır. Sonra kasaya çəkilir və süfrəyə verilir. Yanında duz, istiot, sirkə-sarımsaq, meyvə turşusu, müxtəlif tərəvəz turşuları, nar dənəsi verilir.

 

QEYD: Xaşa bişən zaman duz, istiot vurulmur. Yeyilən zaman vurulur. Ön dırnaqlardan istifadə olunması məqsədəuyğundur, çünki arxa dırnaqlardan xoşagəlməz iy gələ bilər.

Xaşdan soyuq halda xaşlama da hazırlanır.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.