Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Taskababın hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Ət – 159 qr
§ Soğan – 35 qr
§ Kartof – 45 qr
§ Pomidor – 50 qr
§ Yağ – 30 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ reyhan – 11 qr
HAZIRLANMASI:
Bir neçə iri soğan təmizlənir və kartof soyulur, fal-fal doğranır. Ət (mal və ya qoyun) maşında çəkilir, içərisinə soğan qatılır, duz və istiot əlavə olunur. Hazırlanmış qarışıqdan yastı küftələr hazırlanıb, yağda qızardılır. Sonra qazanın dibinə bir lay kartof, bir lay soğan, bir lay ət yığılır. Üzərinə doğranmış pomidorlar əlavə olunur və bişirilir. Hazır olduqda üstünə doğranılmış ağ reyhan səpilir.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)