“İrəvan mətbəxindən nümunələr” layihəsində Balqabaq müsəmməsi

 Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Balqabaq müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 

DÜSTUR (nüsxə):

§ Ət – 159 qr

§ Balqabaq – 200 qr § Soğan – 50 qr

§ Abqora – 25 qr

§ Zəfəran – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Balqabaq soyulub yuyulur, kiçik tikələrə doğranır və yağda qızardılır. Qoyun əti tikələrə doğranır, bişirilir və qovrulur. Üzərinə qovrulmuş soğan, duz, istiot, abqora və ət suyu əlavə olunaraq ocaqda saxlanılır. Üzərinə dəmlənmiş zəfəran və qovrulmuş balqabaqlar tökülür və qarışdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.