“İrəvan mətbəxindən nümunələr” layihəsində Təzə lobya ilə mal ətindən toxmaqla döymə müsəmməsi

 Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Təzə lobya ilə mal ətindən toxmaqla döymə müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR 

§ Yumşaq dana əti – 190 qr

§ Quyruq – 30 qr

§ Soğan – 50 qr

§ Müxəşşər – 20 qr

§ Noxud unu – 10 qr

§ Kərə yağı – 20 qr

§ Göy lobya – 190 qr

§ Təzə alça – 30 qr

§ Qırmızı bolqar bibəri – 30 qr

§ Göyərti – 10 qr

§ Mərzə – 1 qr

§ İstiot (dənəvər) – 0,05 qr

§ Duz – 4 qr

§ Ədviyyat

 

HAZIRLANMASI:

Mal əti və quyruq nazik tikələr şəklində doğranır, xırda doğranmış soğan, duz, istiot əlavə olunur. Toxmaq- la daşın üzərində döyülür. Döyüldükcə içərisindəki damarları çıxarılır. Ayrıca bişirilmiş müxəşşər əlavə olunaraq, ətlə birlikdə qiymə şəklini alana qədər döyülür. 80-90 qramlıq kündələr ha- zırlanır, yumru, dairə şəklində yastıla- nır, üyüdülmüş noxud ununa batırılır. Tavada (teştdə) hər iki tərəfi qızardılır, kənara qoyulur. Həmin müddət ərzin- də paralel olaraq lobya təmizlənir, sa- manvarı (müxtəlif) şəkildə doğranır. Qaynar duzlu suda pörtlədilir, ələkdən süzülür. Paralel olaraq tavada aypara şəklində doğranmış soğan qızardılır. Yarı qızarana yaxın samanvarı doğranmış bolqar bibəri əlavə olunur və bir yerdə qızardılır. Tam qızarana yaxın pörtlədilmiş lobya, tumu çıxarılmış, doğranmış alça əlavə olunur, qarışdı- rılır və bişirilir. Duz, istiot, sarıkök, zəncəfil əlavə olunur. Qızardılmış döy- mə tikələri lobyanın üzərinə düzülür və az miqdarda su əlavə olunur. Tava- nın ağzı bağlanır və 10 dəqiqə ərzində vam odda bişirilir, ocaqdan götürülür. Gözəl tərtibatla boşqaba düzülür, üzə- rinə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir. Yanında göyərti, sarımsaqlı qatıq, limon da verilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.