Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Dana ətindən şam közləməsinin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Dana əti – 117 qr
§ Kərə yağı – 40 qr
§ Bitki yağı – 10 qr
§ Pomidor – 45 qr
§ Bibər – 30 qr
§ Badımcan – 45 qr
§ Soğan – 50 qr
§ Göyərti (keşniş, şüyüd,
reyhan, mərzə) – 12 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
QEYD: Bir də onu qeyd edək ki, tərəvəzlər bu xörəyin üzərinə bütöv, təmizlənmiş halda qoyulur və qarışdırılmır.
HAZIRLANMASI:
Dana ətinin yumşaq hissəsi lay yarpaq şəklində doğranır. Duz, istiot, ədviyyat (istəyə və ağız dadına görə), mərzə qurusu, bitki yağı vurulur, qarışdırılır, 1-2 saat saxlanılır. Ocaq qalanır, köz düşəndən ocağın üzərinə dəmir, metal tor, yaxud bütöv qalın lay dəmir parçası qoyulur. Dəmir qı- zandan sonra tərəvəzlər dəmirin üstünə düzülür, ocaq gur olmalıdır. Hazır olduqca tez-tez çevrilir, çıxarılır, qabıqlardan təmizlənir. Sonra ətin hər iki tərəfi qızardılıb çıxarılır. Soğan fal-fal doğranır. Tas, ləyən və ya enli, çox da dərin olmayan çölmək götürülür. Ocağa dəmirin üzərinə qoyulur, yağ əridilir. Doğranmış soğanlar düzülür, üzərinə ət, tərəvəzlər, duz, istiot (ədviyyat), xırda doğranmış göyərtilər əlavə edilir, ağzı örtülür və vam odda bişirilir. Təxminən bir saat ərzində xörək hazır olur və süfrəyə verilir.
Ədəbiyyat və incəsənət”
(16.09.2024)