“İrəvan mətbəxindən nümunələr” layihəsində Dana basdırması

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Dana basdırmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR (nüsxə):

§ Ət – 159 qr

§ Zeytun yağı – 15 qr

§ Soğan – 20 qr

§ Pomidor – 25 qr

§ Kəklikotu və ya mərzə qurusu

– 8 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ soğan – 20 qr, göyərti

(cəfəri) – 8 qr, sumaq – 5 qr, dənələnmiş nar – 15 qr, lavaş – 15 qr

 

HAZIRLANMASI:

Dörd üsulla hazırlanır:

 

I ÜSUL: Can əti artıq damar- lardan təmizlənir, 35-40 qramlıq tikələrə doğranır. Soğan və pomido- run ətli hissəsi doğranır. Duz, istiot, mərzə və ya kəklikotu, duru yağ vu- rulur, basdırma edilir. 1-2 saat saxla- nılır, şişlərə taxılır, manqalda qızar- dılır. Süfrəyə veriləndə hər paya 4-5 tikə düşür.

 

II ÜSUL: Dana (körpə 30-35 kq) ətinin qara tikə hissələrindən hazır- lanır. 10-12 saat basdırmada qalır. Sonra bişirilir. Süfrəyə verilmə qaydası eynidir.

 

III ÜSUL: Inəyin bel, qabırğa hissəsi doğranır, basdırma edilir. Ətin yetişmə müddəti sərin şəraitdə 2-3 gündür. Tikələrin ölçüsü digər ka- bablara nisbətən böyükdür. Hər paya 3 ədəd 50-60 qramlıq doğranıb qızardılmış tikə düşür. Süfrəyə verilmə qaydası eynidir. Bu yeməklər təndirdə də bişirilə bilər.

QEYD: Can əti kvadrat şəklində doğranır. Dana və bel əti isə diametri 5-6 sm, qalınlığı 5-6 mm olmaqla yarpaq şəklində doğranır. Kababların yanında manqalda, közdə bişirilmiş badımcan, pomidor, istiot kababı da verilə bilər.

 

IV ÜSUL: Dananın bel-qabırğa hissəsi qabırğası (sümüyü) ilə birlik- də doğranır, 8-10 saat müddətində basdırma edilir. Eyni qayda ilə bişirilir və süfrəyə verilir. Hər paya hər biri 100 qr olmaqla 2 tikə düşür.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.