Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Hindquşkanın içalatından köz kababının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Ciyər, ürək, pətənək – 187 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ soğan – 20 qr, göyərti
(cəfəri) – 8 qr, sumaq – 5 qr, dənələnmiş nar – 15 qr, lavaş – 15 qr
HAZIRLANMASI
Pətənək kəsilir, içi təmizlənir, yuyulur. Pətənək, ciyər 25-30 qramlıq tikələrə doğranır. Ürəyin damar hissəsi kəsilir, pərdəsi təmizlənir, iki yerə bölünür. Hinduşka içalatı şişə taxılır, duzlanır, manqalda közdə qızardılır. Süfrəyə yuxarıda göstərilmiş qaydada verilir.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)