Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə
Təndirdə balıq kababının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 190 qr
§ Kartof – 80 qr
§ Qırmızı pul bibər – 0,1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Araz balığı sazan, Göyçə balığı, dişi siqa təmizlənir, yuyulur, iri tikələrə bölünür. Balıqlar şişə keçirilir, üzərinə duz və qırmızı pul bibər əlavə olunur. Hər bir balıq tikəsindən sonra soyulmuş kartof da şişə taxılır. Kartof balığın sürüşməməsi məqsə- dilə şişə taxılır. Nəticədə balığın yağında bişən kartof ləzzətli olur.
Nuş olsun!
Ədəbiyyat və incəsənət”
(29.07.2024)