“İrəvan mətbəxindən nümunələr” layihəsində Baliq tava kababı

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Baliq tava kababının hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR (nüsxə):

§ Forel balığı filesi – 183 qr

§ Quyruq – 20 qr

§ Yumurta – 40 qr

§ Soğan – 18 qr

§ Un – 18 qr

§ Çörək – 20 qr

§ Kərə yağı – 25 qr

§ Keşniş – 10 qr

§ İstiot (dənəvər) – 0,05 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Balıq filesinə quyruq, soğan, isladılıb sıxılmış ağ çörək, xırda doğranmış keşniş, duz, istiot vurulur, ət maşınından keçirilir və qiymə hazırlanır. Yumurta da əlavə olunur, qarışdırılır. 70-80 qramlıq kündələr hazırlanır. Dairəvi şəkildə yastılanır. Iki tərəfi yağda qızardılır. Sobaya qoyulur, 5 dəqiqə 180°C-də sobada bişiri- lir, çıxarılır, ağzı qapaqla bağlanır. Ət kündələrinin yanında tərəvəz, düyü, meyvələrdən hazırlanmış qarnirlərlə süfrəyə verilir. Yanında limon, meyvə turşuları da qoyula bilər

 

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.