Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Buxarda tərəvəzlə bişirilmiş sıf balığının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 183 qr
§ Kök – 40 qr
§ Kartof – 50 qr
§ Şirin bibər – 15 qr
§ Acı bibər – 10 qr
§ Gül kələm – 50 qr
§ Qırmızı soğan – 25 qr
§ Cəfəri – 10 qr
§ Dəfnə yarpağı – 1 qr
§ Kərə yağı – 25 qr
§ İstiot (dənəvər) – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ limon – 15 qr, nar – 10 qr, narşərab – 5 qr
HAZIRLANMASI:
Sıf balığı təmizlənir, yuyulur, onurğa sümüyü çıxarılır, 100 qramlıq tikələrə bölünür. Tərəvəzlər yuyulur, təmizlənir, formalı şəkildə doğranır (daha sonra bişmiş tərəvəzlərdən həm qarnir, həm də bəzək kimi istifadə olunacaq). Bunlar saplıcaya yığılır, duz, istiot, dəfnə yarpağı vurulur, üzə- rinə su əlavə olunur və bişirilir. Hazır olduqda boşqaba yığılır, tərəvəzlərlə bəzənir, üzərinə ərinmiş kərə yağı əlavə olunur. Limon, nar dənəsi, nar-şərabla süfrəyə verilir. Qaynadıqdan sonra vam odda 20-25 dəqiqə bişirilir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)