Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Üzüm yarpağına bükülmüş xan balığının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 183 qr
§ Üzüm yarpağı – 72 qr
§ Cəfəri – 17 qr
§ Soğan – 20 qr
§ Pomidor – 45 qr
§ Bibər – 25 qr
§ Alça (quru alça) – 10 qr
§ Kərə yağı – 25 qr
§ Sarıkök – 0,05 qr
§ İstiot – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ qatıq–50qr, nanəqurusu–2qr
QEYD
Nəzərinizə çatdıraq ki, bu xörək müxtəlif növ tıxsız (qılçıqsız) balıqlardan hazırlana bilər. Üzüm yarpağı ispanaq, əvəlik, heyva və s. yarpaqlarla əvəz oluna bilər.
HAZIRLANMASI
Balıq təmizlənir, yuyulur. Üzüm yarpağı duzlu suda pörtlədilir. Tərəvəzlər yuyulur, uzunsov forma- da doğranır. Balığın onurğa sümüyü çıxarılır (təmizlənir), 15-20 qramlıq tikələrə doğranır, duz, istiot vurulur. Yarpağın saplaqları təmizlənir. Balıq tikələri yarpaqlara bükülür (yarpaq dolmasında olduğu kimi). Qazana dü- zülən zaman layların arasına tərəvəz- lər, alça, göyərti, kərə yağı qoyulur, üzərinə su əlavə olunur və bişməyə qoyulur. Qaynayandan sonra 25-30 dəqiqə ərzində bişirilir. Hazır olduqda boşqaba yığılır. Qatıq və nanə qurusu ilə süfrəyə verilir. Sarımsaqlı qatıqla da verilə bilər.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)