“İrəvan mətbəxindən nümunələr” layihəsində Səbzə-balıq

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Səbzə balığın hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR:

§ Balıq – 175 qr

§ Üzüm yarpağı – 40 qr

§ Alça – 10 qr

§ Tərxun – 20 qr

§ Keşniş – 20 qr

§ Şüyüd – 20 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Balıq (əsasən, forel) təmizlənir, onurğa sümüyü çıxarılır. Qazana üzüm yarpağı, tərxun, keşniş, şüyüd düzülür. Balıq göyərtilərin üzərinə qoyularaq bükülür. Yuxarıda adları çəkilən göyərtilər doğranır və alça ilə birlikdə qazana əlavə edilir. Öz suyunda vam odda bişirilir. Xörəyə soğan da əlavə oluna bilər. Həmçinin balıq hissələrə ayrılıb üzüm yarpağı və göyərtilərə bükülə də bilər.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.