“İrəvan mətbəxindən nümunələr” layihəsində Siqa-palçıqda

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Siqa-palçıqda-nın hazırlanma qaydasını təqdim edəcəyik.

Düzü, bir az qeyri-adi hazırlanma qaydası var, şaşıracaqsınız. 

 

DÜSTUR:

§ Balıq – 175 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Siqa balığı yarılır, qəlcəmələri, içalatı təmizlənir. Təmiz çit parça ilə silinib təmizlənir. Duz, istiot vurulur. Pulları təmizlənmədən hər tərəfi sarı palçıqla suvanır, közdə basdırılır. Təqribən yarım saat ərzində hazır olur. Qurumuş palçıq döyəclənib sındırılarkən balığın pulları da tökülür. Hazır balıq nimçələrə yığılıb, süfrəyə verilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.