“İrəvan mətbəxindən nümunələr” layihəsində Suda bişmiş səbzəli baliq

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Suda bişmiş səbzəli baliğın hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR

§ Balıq – 156 qr

§ Soğan – 20 qr

§ Kərəviz – 12 qr

§ Cəfəri – 12 qr

§ Tərxun – 12 qr

§ Alça (albalı) – 10 qr

§ Yumru qara istiot – 2 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Ala qızılbalıq təmizlənir, yuyulur, duz, istiot vurulur. Soğan və göyərtilər doğranır. Balığa yumru qara istiot və təzə alça əlavə olunur. Alça olmadıqda isə təzə pomidor və ya pomidor rubu, çəyirdəyi çıxarıl- mış albalı əlavə oluna bilər. Vam odda bişirili

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.