Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Qovurmali cılbırın hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Qovurma – 119 qr
§ Düyü – 40 qr
§ Soğan – 26 qr
§ Yumurta – 40 qr
§ İspanaq – 38 qr
§ Quzuqulağı – 38 qr
§ Alça qurusu – 10 qr
§ Yağ – 20 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Soğan yağda qovrulur. Içərisinə qovurma əti, işgənə, düyü, bir neçə ədəd qurudulmuş alça əlavə olunur. Düyü bişənə yaxın ispanaq, quzuqulağı doğranır və xörəyə əlavə olunur. Sonda isə yumurta çalınır və qatılır.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)