“İrəvan mətbəxindən nümunələr” layihəsində - Kələcoş

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Kələcoşun hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Kərə yağı – 25 qr

§ Soğan – 30 qr

§ Qatıq – 80 qr

§ Çörək – 100 qr

 

HAZIRLANMASI:

Yağ əridilir, soğan yağda qızardılır, üzərinə qatıq (qatığa süd də əlavə oluna bilər) əlavə olunur və qarışdırılır. Boşqaba çörək doğranır və üzərinə hazırlanmış qarışıq əlavə olunur.

 

Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.