“İrəvan mətbəxindən nümunələr” layihəsində -Ələyəz şorbası Featured

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Ələyəz şorbasının  hazırlanması qaydasını şərh edəcəyik. 

 

DÜSTUR:

§ Ələyəz – 50 qr

§ Yarma – 30 qr

§ Soğan – 20 qr

§ Pomidor – 30 qr

§ Acı bibər – 10 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Soğan doğranır və yağda qovrulur. Üzərinə doğranmış pomidor, bibər və işgənə əlavə edilir. Yarma islağa qoyulur, suyu süzülür. Ələyəz qaynar suya salınır, qara suyu çıxarılır və işgənəyə əlavə edilir. Sonda alça və yarma əlavə olunaraq, vam odda bişirilir.

 

Ədəbiyyat və incəsənət”

(12.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.