Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Şüyüdlü göy paxla küküsünün hazırlanması qaydasını şərh edəcəyik.
ƏRZAQLAR:
§ Şüyüd – 100 qr
§ Paxla – 35 qr
§ Kərə yağı – 30 qr
§ Yumurta – 40 qr
§ Qatıq – 15 qr
§ Un – 5 qr
§ Mərzə (təzə və ya quru) – 8 qr
§ Sarıkök – 2 qr
§ Zəncəfil – 2 qr
§ Darçın – 1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ sarımsaq – 2 qr, qatıq – 50 qr
HAZIRLANMASI:
Göyərti təmizlənir, yuyulur, xırda doğranır. Göy iri paxla qabığından təmizlənir, dənələnir, yarı bişmış vəziyyətə gətirilir. Bunlar dərin qabda qarışdırılır. Üzərinə yumurta, qatıq, un, duz, istiot, ədvalar əlavə olunur və yenidən qarışdırılır. Tavada yağ əridi- lir, hazırlanmış qarışıq əlavə olunur. 200°C-də 25-30 dəqiqə bişirilir. Əgər kürədə, təndirdə bişirilərsə, 20-25 dəqiqə ərzində bişir. Hazır olduqda doğranır, süfrəyə verilir. Yanında qatıq və ya sarımsaqlı qatıq verilir.
“Ədəbiyyat və incəsənət”
(02.02.2024)