“İrəvan mətbəxindən nümunələr” layihəsində - Əppəkaşı və soğança Featured

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Əppəkaşı və soğançanın  hazırlanma qaydası təqdim ediləcək. 

 

ƏRZAQLAR:

 

Soğan - 2 baş

Yumurta – 60 qr

Yağ – 25 qr

Çörək – 50 qr

Duz – 2 qr

İstiot – 0,05 qr

Sarıkök - 0,05 qr

 

HAZIRLANMASI:

Soğan yağda qovrulur. 2 yumurta çalınır, duz, istiot əlavə olunur və soğançaya qatılır. Xörək duru konsistensiyalı olur. Qaba çörək doğranır, hazırlanmış xörək çörəyin üzərinə əlavə olunur və yeyilir.

 

Ədəbiyyat və incəsənət”

(25.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.