“Ataşah” Azərbaycanın milli brendi olaraq 2022-ci ildə yaradılıb

Həm kulinariyada, həm kosmetologiyada yeni bir ad parlamağa başlayıb. Bu, “Ataşah”dır. “Ədəbiyyat və incəsənət” portalı tanınmış brend barədə məlumatı sizlərə təqdim edir. 

 

“Ataşah” bir ildən bir az artıq vaxtdır ki, yaradılıb. 

Məqsəd ölkənin qida və kosmetoloji sənayesinə daha keyfiyyətli məhsullarla töhfə vermək, eləcə də beynəlxalq bazara çıxaraq Azərbaycanı daha üstün məhsullarla təmsil etməkdir. 

“Ataşah”ın təklif etdiyi məhsullar müxtəlifdir, bunların içində ən əsas yeri bitki yağları tutur. İnsan sağlamlığı üçün hədsiz faydalı olan və yeni nəsil insanı üçün əvəzsiz nemət hesab edilən bu yağların ən son texnologiyalarla çəkilərək tam qatqısız halda qablaşdırılması və alıcıya təklif olunması öz effektini verməkdədir. Hazırda “Ataşah” brendi altında çıxan üzüm və nar çəyirdəyindən, balqabaq tumundan, kətan və qarazirə toxumundan, çaytikanından  alınan yağlara alıcılar tərəfindən böyük maraq göstərilir. 

Təbii ki, öz sağlamlığının keşiyində durmaq insan üçün ən prioritet məsələ olmalıdır. 

“Biz hər şeyin ən yaxşısını sizlər üçün edirik!” - Şirkətin şüarı budur.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.