Dövlət Turizm Agentliyi və Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyənin "TV8" telekanalına məxsus “MasterChef Türkiye” kulinariya yarışmasının Azərbaycana həsr edilmiş buraxılışı yayımlanıb.
Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən Qarabağ kətəsi, şah plov, kütüm balığı ləvəngisi, göy qutabı və dovğa hazırlamaq üzrə yarışıblar.
Proqramda qonaq qismində iştirak edən ölkəmizin milli kulinariya və turizm təmsilçiləri yarışmaçılar tərəfindən hazırlanan yeməklərin dadına baxıblar, Azərbaycan təamları, onların hazırlanma texnikaları haqqında məlumat veriblər.
Həmçinin veriliş çərçivəsində Bakı şəhərinin, eləcə də Şuşanın füsunkar mənzərələrindən kadrlar təqdim olunub, Azərbaycanın turizm potensialı zəngin olan bölgələri haqqında məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(29.08.2023)