Karlovı Varı Film Festivalında yeni təltiflər olub Featured

Avropa kino elitasının diqqəti Bolqarıstanın  Karlovı Varı şəhərinə dikilib. Orada Beynəlxalq Film Festivalı keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, festivalın ikinci günündə Yeni Zelandiyalı ulduz aktyor Rassel Krou kinoya verdiyi böyük töhfəyə görə "Kristal Qlobus" mükafatına layiq görülüb. 

O, səxavətlə fanatlarına avtoqraflar paylayıb, onlarla şəkil çəkdirib (foto efirdən götürülüb).

 

Yuen Mcgregor isə Baxış Prezidenti adlanan  fəxri mükafata sahib olub. 

Karlovı Varı-da sayca 57-ci dəfə Beynəlxalq Film Festivalı keçirilir. Onun çərçivəsində dünyanın hər yerindən tamaşaçılara 200-dən çox film nümayiş etdiriləcək. Onlardan 11-i əsas film yarışmasında iştirak edir.

Favoritlər barədə növbəti buraxılışlarımızda məlumat verəcəyik. 

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.