Opera və Balet Teatrı müsabiqə elan edib

 

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrin genişləndirilməsi məqsədilə müsabiqə elan edib.

Teatrdan verilən məlumata görə, müsabiqə iyulun 5-dən 9-dək keçiriləcək.

Müsabiqədə birinci və ikinci skripkalar iyulun – 5-6-da, alt, violonçel və kontrabaslar iyulun 7-də, taxta nəfəs alətləri iyulun 8-də, mis nəfəs alətləri, zərb alətləri, arfa və fortepiano iyulun 9-a iştirak edəcəklər.

Qeyd edək ki, sənədlər iyulun 1-dən yalnız elektron qaydada Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. qəbul edilir. Müsabiqə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.