YARAT Müasir İncəsənət Mərkəzi “Animafilm studio”nun istehsal etdiyi “Hədis” filmini təqdim edəcək. Bu qısametrajlı animasiya filmi qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.
“Film gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub. Rejissoru Nəzrin Ağamalıyeva olan ekran əsərinin ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyevdir. “Hədis” filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin dəstəyi ilə çəkilib. Filmin nümayişdən sonra yaradıcı heyətlə müzakirələr aparılacaq. Film Azərbaycan dilində, ingilis dilində alt yazılarla nümayış olunacaq. Bu gün - iyunun 1-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində göstəriləcək ekran əsərinə hər kəsin baxa bilmək imkanı var.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)