Mədəniyyət Nazirliyi regionlara qastrol səfərlərinə start verir

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycanda Peşəkar Milli Teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verir.

 

Nazirlikdən verilən məlumata görə, bu çərçivədə Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi mayın 22-i saat 11:00-da Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Turqut Özakmanın “Adət” tamaşasını nümayiş etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.