Berlin Kino Festivalının (“Berlinale”) münsiflər heyətinin sədri seçilib.
TASS xəbər verir ki, BAFTA (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) “Qızıl qlobus” və “Akademiya Mükafatı”na sahib olan hindistanlı rejissor, kinorejissor, yazıçı və aktyor Niç Şyamalan gələn il keçiriləcək 72-ci Berlin Film Festivalında beynəlxalq münsiflər heyətinin rəhbəri vəzifəsini icra edəcək.
“Berlinale”nin bədii rəhbəri Karlo Çatrian deyib: “Niç Şyamalanın münsiflər heyətinin rəhbəri vəzifəsinə dəvətimizi qəbul etməsindən məmnunuq. Şyamalan ABŞ kino sənayesinin bənzərsiz simasıdır və ənənəsinə sadiq qalan bir rejissordur. Seçimimizdə axtardığımız şey, insanın idealına olan bu dürüstlükdür”.
Qeyd edək ki, 2000-ci illərin ən əhəmiyyətli filmlərindən bir neçəsini çəkən və bənzərsiz bir kinematoqrafiya dilinə sahib olan Şyamalan sonuncu dəfə 2021-ci ildə “Old” filmi ilə geniş izləyici kütləsi tərəfindən müsbət rəy alıb.