Adil Kərimli: Azərbaycan kinosunun strategiyası hazırlanır

 

Azərbaycan kinosunun 2020-2040-cı il strategiya sənədi hazırlanır. Ümid edirik bu forumda səsləndirilən fikirlər, təkliflər həmin strategiyada öz əksini tapacaq.

 

Bu sözləri “Azərbaycan Kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli söyləyib.

Nazir deyib: “Cəmi 10 gün bundan öncə burada Teatr Forumu təşkil edilmişdi. Teatr sahəsində dəyərli insanlar bir araya gələrək müzakirələr aparmışdılar. Ümid edirik Kino Forumunda da müzakirələr əsnasında problemlərin həlli yolları müəyyən ediləcək”.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.