“Warner Bros. Discovery” kompaniyası “Harri Potter” üzrə serial çəkməyi planlaşdırır

“Warner Bros. Discovery” şirkəti rəsmi olaraq Harri Potter haqqında kult kitabları üzrə serialın çəkilməsini elan edib. Serialda yeni aktyor heyəti çəkiləcək. 

 

AzərTAC “Deutsche Welle” nəşrinə istinadla xəbər verir ki, çox yaxınlarda "Max” adlandırılacaq “HBO Max” yayım platformasının Yutubdakı kanalında bildirildiyinə görə, “Amerikanın Warner Bros. Discovery” kinoşirkəti Harri Potter haqqında kitabları yenidən serial formasında ekranlaşdırmaq niyyətindədir. Belə ki, 40-saniyəlik video-anonsda sehrli dünyanın bütün pərəstişkarlarına filmlərdən yaxşı tanış olan musiqi diqqəti çəkir, gələcək serialın adı isə yaxşı bilənlər tərəfindən asanlıqla tanınan qaranlıqda uçan şamlardan əmələ gəlir. Onlar Hoqvarts qalasında tavanı bəzəyirlər. 

Bu serialın yeddi sezondan ibarət çəkilməsi planlaşdırılır, hər bir sezon gənc sehirbaz haqqında kitablardan birinə əsaslanacaq. Birinci epizodun buraxılış tarixi hələ məlum deyil. Yaradıcıların fikrincə, serial on il davam edəcək.

Maraqlıdır ki, icraçı prodüserlərdən biri orijinal kitabların müəllifi Coan Rouling, eləcə də Nil Bler (“Fantastic canlı məxluqlar” filmlərindən tanınan) və Rut Kenli-Letts (“Strayk”) olacaq. “Bloomberg” agentliyinin həmsöhbətinin sözlərinə görə, britaniyalı yazıçı ssenarinin orijinal kitab mətninə uyğun olub-olmadığını yoxlayacaq. Eyni zamanda, o, hər gün çəkiliş meydançasında olmaq məcburiyyətində qalmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.