“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Rusiyada görüşlər” adlı XXV Beynəlxalq Rus Teatrları Festivalı bu gün başa çatır.
Portalımız festivalın saytına istinadla xəbər verir ki, mədəni forum görkəmli rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyinə həsr olunub. Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin teatr kollektivləri “Baltika evi” teatr-festivalının binasına toplaşıblar. Ölkəmizi bu festivalda Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı təmsil edib.
Teatrımız “Maskarad” tamaşasını nümayiş etdirib (rejissor – Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir) və uğur qazanıb.
Festival iştirakçıları tamaşaları müzakirə ediblər, diskussiyalar aparıblar, səhnə nitqi və aktyorluq sənəti üzrə ustad dərslərində, teatrın quruluş hissəsinin mütəxəssisləri üçün məşğələlərdə iştirak ediblər.
Festivalın yubileyi ilə əlaqədar MDB-yə üzv ölkələrin rus teatrlarının son 25 il ərzində yaratdıqları ən maraqlı tamaşalardan bəhs edən “25 il birlikdə” adlı fotosərgi də keçirilib.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)