Aprelin 16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Amerikalı kürəkən” musiqili komediyası 57-ci dəfə oynanılacaq.
Yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır.
Səhnəyə qoyulduğu gündən (29 may 2010-cu ildən) böyük maraqla qarşılanan bu tamaşanın musiqisi görkəmli bəstəkar Ramiz Mirişlinindir.
Səhnə əsərində rolları Xalq artisti İlham Namiq Kamalla yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasiyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva, Mehriban Rəcəbova ifa edəcəklər.
"Amerikalı kürəkən" tamaşasına baxmaq istəyən hər kəs biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə edə bilərlər.
«Ədəbiyyat və incəsənət”
(14.04.2023)