Dahi Üzeyir Hacıbəylinin səhnəmizə gətirdiyi və yüz ildir ki orda bərqərar olan “Leyli və Məcnun”dan əsla doymaq olmur, repertuarın ən anşlaq yaratdığı tamaşası birinciliyini bu tamaşa əsla əldən vermir.
Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarında ilk dəfə səhnəyə qoyulub. Dahi bəstəkarın bu əsəri 115 ildir ki, teatr səhnəsində nümayiş olunur.
“Ədəbiyyat və incəsənət” portalı xəbət verir ki, martın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operasının növbəti nümayişi oldu.
Rolları aşağıdakılar cankandırırdı:
Leyli - Arzu Əliyeva (Azərbaycan Respublikasının Əməkdar Artisti) Məcnun - Mənsum İbrahimov, Xalq artist Nofəl - Cahangir Qurbanov (Əməkdar artist) İbn Salam -Təyyar Bayramov (Əməkdar artist) Leylinin anası - Aytən Məhərrəmova Leylinin atası - Rza Xosrovzadə Məcnunun atası - Mütəllim Dəmirov Məcnunun anası - Afaq Ağayeva Zeyd - Nəzər Bəylərov Şeyx - Vüqar Əliyev Şeyx - Rafiq Abbasov
Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunurdu.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)