Gecə saatlarında Londonda BAFTA mükafatları təqdim edilib Featured

Alman rejissoru Edvard Bergerin (şəkildə)  "Qərb cəbhəsində heç nə dəyişməyib” filmi “Ən yaxşı İngilis dilində olmayan film" nominasiyasında Britaniya kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazandı. Bu, Birləşmiş Krallığın əsas film mükafatının 76-cı mərasimində elan edildi. “Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən məlumat verir ki, həmin mərasim Londonda  - Sautbenk Kral Mərkəzində düzənlənmişdi. 

 

Film Erix Mariya Remarkın eyniadlı müharibə əleyhinə romanı əsasında çəkilib, 19 yaşlı Paul Boymer və sinif yoldaşlarının hekayəsini izhar edir. Cəbhəyə gedən gənclər Birinci Dünya müharibəsinin bütün dəhşətlərini və faciələrini görürlər.

Film həmçinin "ən yaxşı uyğunlaşdırılmış ssenari", "ən yaxşı operator işi", "film üçün ən yaxşı musiqi" və "ən yaxşı səs" nominasiyalarında "bürünc maskalar" alıb. 

Film mükafat nominasiyalarının sayına görə lider olub, 14 kateqoriyada elan edilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.