Azər Turanın dramaturgiyada debütü olacaq

Fevralın 15-də Aktyor evində Azər Turanın yazdığı və Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi  "Atam, anam, qardaşım, mən və Stalin" tamaşası nümayiş olunacaq. Tamaşa Hüseyn Cavidin 140 illiyinə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa Cavidlərin- Hüseyn Cavidin, Müşkinaz Cavidin, Ərtoğrul Cavidin və Turan Cavidin Stalin represiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs edir.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru kimi daha çox redaktorluğu, üstəlik ədəbiyyatşünaslıq sahəsindəki diqqətçəkən fəaliyyəti ilə bizə tanış olan Azər Turanın dramaturgiyada ilkinin parlaq olacağı şübhə doğurmur.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.