Bu filmə dəfələrlə baxmışıq, sevə-sevə, təsirlənə-təsirlənə baxmışıq. Bu gün yenə baxacağıq. Bu özəl gündə - Sevgililər günündə nakam bir sevgi hekayəti ruhumuzu oxşayacaq.
Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə Kinematoqrafçılar İttifaqı klassik Azərbaycan filmlərinin nümayişinə başlayır. İlk nümayişdə tamaşaçılara bu gün “Azərbaycan" CinemaPlusda ("Hard Rock" kafesinin arxası) “Gün keçdi” filmi təqdim olunacaq.
Qeyd edək ki, “Gün keçdi” filmi 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunub. Yazıçı Anarın “Kamikadze” hekayəsinin ssenarisi əsasında çəkilən filmə rejissor Arif Babayev quruluş verib.
Filmin operatoru Rasim İsmayılov, rəssamı Elbəy Rzaquliyev, bəstəkarı Emin Sabitoğludur. Mahnıların mətni Vaqif Səmədoğluna məxsusdur.
Filmdə Leyla Şıxlinskaya (Əsmər), Həsən Məmmədov (Oqtay), Çingiz Əlioğlu (Camal), Turə Zeynalova (qonşu qadın) və digər aktyorlar çəkilib.
Bir axşam taksidən düşüb payıza,
Bilmədik hayana, hayana gedək…
“Ədəbiyyat və incəsənət”
(14.02.2023)