Əziz uşaqlar, sabah Ələddin sehirli çırağıyla gələcək

Sabah Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində uşaqlar üçün “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.

 

Tamaşanın  bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.

Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova və musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.