Dünyanın hər yerindən 50-yə yaxın teatr Ümumdünya Balet günündə iştirak edəcək və bu əlamətdar hadisə bu il oktyabrın 19-da qeyd olunacaqdır. Bu barədə London Kral baletinin direktoru Kevin O’ Heyr Böyük Britaniyanın paytaxtında keçirilən mətbuat konfransında məlumat verilib.
“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, Kevin O’Heyr “Səkkizinci Ümumdünya Balet günündə indiyədək ən çox iştirakçının təmsil olunacağını elan etməkdən məmnunam. Bu gün bu, əslində, dünyanın ən möcüzəli rəqsi olan baletə ən böyük dəvətdir", - deyə jurnalistlərə bildirib.
Ümumdünya Balet gününün proqramı doğrudan da olduqca zəngin olacaq. London vaxtı ilə saat 11:00-da başlanacaq proqram (Bakı vaxtı ilə 14:00) müxtəlif meydançalardan altı saatlıq onlayn yayımı əhatə edəcək. Belə ki, Kral baleti onun ştatlı xoreoqrafı Ueyn Makqreqor tərəfindən qoyulan yeni baletin məşqlərinin bir fraqmentini göstərəcək. İtalyan şairinin vəfatının 700 illiyinə həsr olunmuş "Dante layihəsi" adlı novator tamaşanın əsasında britaniyalı bəstəkar Tomas Adesin musiqisi dayanır, tamaşaçılar bu tamaşanı da görəcəklər.
Bu ilin yanvarında Avstraliya baletinə rəhbərlik edən Böyük Teatrın keçmiş Baş dirijoru Devid Holberq tamaşaçılara balet sənəti üzrə bütöv bir dərs verəcək. Sonra bir sıra tamaşalardan, o cümlədən "Arlekinada" və "Romeo və Cülyetta"dan məşqlər nümayiş etdiriləcək.
QABT proqramı üç saat nəzərdə tutulub və onu Böyük Teatrın truppa rəhbəri Artem Ovçarenko və solist Ana Turazaşvili aparacaqlar. Yazılan materiallar "Orlando", "Baaderka", "Don Kixot" və "Fironun qızı" kimi baletlərin oxunuşlarının fraqmentlərini özündə birləşdirəcək.
"Ümumdünya Balet Günü sayəsində dünyanın aparıcı rəqs truppaları yenidən birləşə və pərəstişkarları üçün rəqs etməklə daha yaxşı ovqat əldə edə, bu ovqatı bölüşə bilərlər. Bu, sadəcə, bizim işimizdir, bu, bizim gündəlik həyatımızın mahiyyətidir və ilham mənbəyimizdir", - Böyük teatrın balet truppasının rəhbəri Mahar Vaziyevin sözləridir bunlar.
Bir sözlə, baletsevərlər üçün böyük bayram qapımızın kəndarındadır.