Rus Dram Teatrında Şarovski rüzgarı əsəcək

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının inkişafı  teatrın baş rejissoru Aleksandr Şarovskinin adı ilə bağlıdır. Və üzümüzə gələn ay onun 75 illiyidir. 

 

Fevralın 10-11-də teatrda İsaak Babel və Şolom Aleyxemin əsərləri əsasında hazırlanmış “Benya “Kral” və başqaları” tamaşasının premyerası olacaq.

Tamaşanı səhnələşdirən Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, quruluşçu rejissor Xalq artisti Aleksandr Şarovskidir.

Bədii tərtibat Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, xoreoqrafiya Xalq artisti Fuad Osmanova məxsusdur. Geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.

Tamaşaya teatrın bütün aktyorları cəlb olunub.

Premyera məhz Aleksandr Şarovskinin 75 illik yubileyinə həsr olunub.

Biletləri teatrın kassalarından, şəhərin mərkəzləşdirilmiş kassalarından, həmçinin iTicket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.