“Wednesday" serialı ötən il "Amazon"la birləşmə əməliyyatını tamamlayan "Metro-Goldwyn-Mayer" şirkətinə məxsusdur. Bu, pərəstişkarları serialın növbəti mövsümünün "Netflix"də deyil, "Amazon Prime Video" platformasında yayımlana biləcəyi ehtimalını irəli sürməyə vadar edib.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, qeyd olunub ki, "Netflix" hələ ikinci mövsüm üçün müqaviləni rəsmi olaraq yeniləməyib. Lakin eyni zamanda, yayım platforması və MGM-nin "Wednesday"in ikinci mövsümü üçün əvvəlcədən razılaşdığı bildirilir.
Bundan əlavə, serialın prodüserləri artıq növbəti mövsüm üçün çəkiliş yerləri və ssenari müəllifləri axtarırlar.
“Ədəbiyyat və incəsənət”
(06.01.2023)