Bakıdakı “Türk filmləri həftəsi”nin bugünkü proqramı

 

Bakıda “Türk filmləri həftəsi” təşkil olunub. “Türk filmləri həftəsi”nə dekabrın 17-də start verilib və tədbir dekabrın 21-dək Nizami Kino Mərkəzində davam edəcək. 

 

Film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakıdakı Yunus Əmrə İnstitutu, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşacaq.

“Film həftəsi”nin açılışı dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılık Hasan” filmi ilə gerçəkləşib. Bu gün isə Semih Kaplanoğlunun Nizami Kino Mərkəzində ustad dərsləri nəzərdə tutulur. 

Həftə ərzində göstəriləcək “Bağlılık Hasan”, “7. Koğuştaki Mucize”, “İyi ki Varsın Eren”, “Adanış-Kutsal Kavga”, “Aşkın Ömrü”, “Ankara Yazı”, “Veda Mektubu ve Rafadan” və “Tayfa-Göbeklitepe” filmlərinə hər kəs baxa biləcək. 

Giriş sərbəstdir.

 

(19.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.