Şübhəsiz, Sovetlər Birliyində yaşamış hər kəs üçün Moskvanın Böyük Teatrı bir mədəniyyət Məkkəsi hesab edilirdi. Eləcə də oraya düşə bilmiş hər bir Azərbaycan vətəndaşı özünü xoşbəxtlərin xoşbəxti sanırdı. Bəs bü gün - koronavirusun tüğyan etdiyi günümüzdə teatrın durumu necədir? TASS agentliyinin məlumatına görə, Rusiyanın Dövlət Akademik Böyük Teatrı hələ QR-kodlara daxil olmayacaq, koronavirus infeksiyasından peyvənd olunanların sayı artarsa, bu iş rejimi mümkündür, deyə teatrın baş direktoru Vladimir Urin bildirib.
"Biz bunu xüsusi olaraq etmirik. Bu gün bir sıra tamaşaçılar ehtiyatla teatra gedirlər. Tarixi səhnəni, Yeni səhnəni, Kamera səhnəsini və Bethoven zalını nəzərə alaraq, gündə təxminən 3 min bilet satmalıyıq. Bu, böyük rəqəmdir. Bu gün Rusiyada və Moskvada peyvəndin aparılması ilə bağlı vəziyyətin nə olduğunu bilərək, biz özümüzü riskə atmırıq, çünki biz bununla teatra bu və ya digər səbəblərə görə peyvəndi edə bilməyənlərin getmək imkanını azalda bilmərik", - deyə Urin bazar ertəsi jurnalistlərə mövsümün açılışından sonra bildirib.
O əlavə edib ki, Böyük teatr bir müddət də qonaqlar üçün QR-kodların daxil edilməsi ilə gözləməyə hazırdır. Elə ki, peyvəndləşmə tam yüksək həddə çatdı, vaksinasiya faizi qalxdı, əlbəttə ki, bu rejimə hər kəsin keçdiyi kimi biz də keçəcəyik", - deyə baş direktor qeyd edib.
Onun sözlərinə görə, 3 400 artistdən və teatr işçisindən 1 896 nəfəri peyvənd olunub, 616 nəfər covidə yoluxub, hal-hazırda 11 nəfər xəstədir.