Tematik adı “Yaşayacağıq" olan Moskva Beynəlxalq kinofestivalının nəticələri həftəsonu elan olundu. TASS-ın festivalın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rejissor Andrey Zaytsevin "Blokada gündəliyi" filmi kinofestivalın Qran-Prisinə layiq görüldü.
Mərkəzi Kinematoqrafçılar evinin Ağ zalında Beynəlxalq Kinofestivalının bağlanış mərasimi ajiotajla keçdi. Bağlanış mərasimində ən yaxşı tammetrajlı filmə, ən yaxşı sənədli filmə, ən yaxşı qısametrajlı filmə, həmçinin xüsusi nominasiyalarda filmlərə mükafatlar təqdim olundu. Festivalın Qran-Prisinə layiq görülmüş Andrey Zaytsevin "Blokada gündəliyi" filmi Leninqradın ilk, ən ağır, blokada qışı haqqında danışır. Fevral 1942 il, mənfi 30 dərəcə şiddətli don, dəhşətli aclıq, su və elektrik işləmir, nəqliyyat işləmir, Leninqrad qar ilə doludur və iflic olub. Gənc qadın, Olga, bütün şəhər vasitəsilə atasının yanına gedir. O, yenicə ərini dəfn edib və tezliklə özünün də acından öləcəyinə əmindir. O, son dəfə atasını görmək, onunla vidalaşmaq və ondan bağışlanmasını istəmək istəyir. Belə bir süjet.
"Ən yaxşı qısametrajlı film rejissor Kseniya Arıelintsevanın "Avako" filminə qismət oldu. Film on üç yaşlı Aninin hekayəsini izhar edir. Yeniyetmə qız qonşusunun nəzarəti altında qalır - 18 yaşlı Arseninin, hansına ki, çoxdan vurulub. Anya gününü Arseninin "Avako" Gənclər klubunda keçirir, daim diqqətini cəlb etməyə çalışır və ağlına belə gəlmir ki, gün gələcək, Arsenini bir daha görməyəcəklər…
Festivalın ən yaxşı sənədli filmi Vladimir Qolovnevin "Uzaq plan" filmi oldu. Həmçinin kinofestivalın prezidenti mükafatı rejissor Artıkpay Suundukovun "Şambal" filmi qazandı.
Bəlkə də kinofestivalın beynəlxalq imicini qoruyub saxlayan elə yeganə detal da Artıkpay Suundukovun - qeyri rusun mükafatlardan birini qazanması sayıla bilər, hərçənd ki, o özü də Rusiya vətəndaşıdır.
Şəkildə: “Blokada gündəliyi” filmindən bir epizod.