Venesiya kinofestivalında ilk furor qoparan film “Köpəyin hakimiyyəti” oldu Featured

Yeni Zelandiyadan olan rejissor Ceyn Kempion Cümə axşamı Venesiya kinofestivalında Benedikt Kamberbetç və Kyrsten Dunstın baş rollarda çəkildikləri “Köpəyin hakimiyyəti" romanının ekranlaşdırılmasını təqdim edib. Netflix ilə əməkdaşlıqda yaradılmış film həm onlayn platformada, həm də kinoteatrlarda çıxacaq, bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir.

İnanılmaz büdcə
"İtin hakimiyyəti" dramı Amerika yazıçısı Tomas Siricin eyniadlı romanına əsaslanır. "Kitabı oxudum və onun zəhmi məni basdı, onun dəyərini başa düşdüm. Bir neçə romanı axıra qədər oxumağa müvəffəq oldum, amma bundan uzaqlaşa bilmədim. Bir həftə sonra mən fikrən ondan təkrar-təkrar bu və ya digər fraqmentlərə qayıtmağa davam etdim, ona görə də kitabın hüquqları barədə məlumatları öyrənməyə və gələcək layihəni fikirləşməyə başladım", - deyə Kempion bildirib.
Filmin çəkilişləri Yeni Zelandiyada -  rejissorun vətənində Amerikanın Netflix striminq videoservisi ilə əməkdaşlıqda aparılıb.
“Netflix mənə təsəvvür edə bilmədiyim bir büdcə ilə işləmək imkanı verdi və buna görə ona minnətdaram. Biz filmi kinoteatrlarda da, platformada da göstərə bilərik", - deyə rejissor bildirib. Filmin videoservisdə premyerası dekabrın 1-nə planlaşdırılır.

Süjet
Süjetə görə, Fil (Benedikt Kamberbetç) və Corc (Cessi Plemons) qardaşları Montanın ən böyük rançına sahibdirlər. Qardaşlardan biri, işçiləri arasında ağır işlərdə gün sərf etməyə üstünlük verir, digəri isə daha sakit və təmiz bir həyat istəyir. Corc bir gün Rose (Kirsten Dunst) adlı dul qadına evlənmək istədiyi zaman
Fil onların nigahına mane olmaq  üçün hər şeyi etməyə çalışır. O, öz məqsədləri üçün cərrah olmağı arzulayan Rouzdan - gənc oğlandan  istifadə edir. Sonrası isə…
Başgicəlləndirici dramatik süjet.

Rejissor haqqında
Ceyn Kempion Kann kinofestivalının "Piano" (The Piano, 1992) filminə görə "Qızıl palma budağı"nı almış ilk qadın rejissor olub. Venesiya kinofestivalının münsiflər heyətinin xüsusi mükafatına layiq görülən "Mənim stolumun arxasında Mələk" (An Angel At My Table, 1990), "Parlaq ulduz" (Bright Star, 2009) və s. filmləri də onundur.
Xanım rejissor bu dəfə də Venesiyada furor qopardı. Olsun ki, mükafatlardan birinə mütləq sahiblənməyi bacaracaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.